STİMUL memarlıq, dizayn, mühəndislik sahəsində çalışmaq istəyənləri və bu sahə üzrə təcrübəsini artırmaq istəyən şəxsləri standart və professional paket olmaqla AutoCad və 3D Max proqramlarını öyrənməyə dəvət edir.
Autodesk AutoCAD — Autodesk şirkətinin hazırladığı proqram olub maşınqayırma, tikinti və digər mühəndislik layhələrinin işlənməsində tətbiq olunur. Bu proqram sadə cizgidən başlayaraq 3D modellərin qurulmasına (2-ölçülü və 3-ölçülü həndəsi obyektlərin yaradılmasına) qədər işləri yerinə yetirməyə imkan verir. Bu proqram təminatını bir çox xırdalıqlara qədər düşünülüb və tam şəkildə bir tikinti layihəsi hazırlamağa imkan verir. Bu kursda siz adı çəkilən proqram təminatı barədə maksimum bilik əldə edib, gələcəkdə müxtəlif şirkətlərdə yüksək maaşla çalışa bilərsiniz.
Autodesk 3D Max (keçmiş 3D Studio MAX) - Autodesk Media and Entertainment tərəfindən hazırlanan modelləşdirmə, animasiya və renderinq proqramıdır. Bu proqramdan videooyun yaradıcıları, televiziya kommersiyası studiyaları, memarlıq vizuallaşdıranlar tərəfindən tez-tez istifadə edilir. Bundan həmçinin film effektləri və film pre-vizuallaşdırması üçün də istifadə olunur.
ArchiCAD – avtomatlaşdırılmış layihələndirmə sisteminin Macarıstanın Graphisoft firması tərəfindən yaradılmış qrafik proqram paketidir. Memarlıq- inşaat konstruksiyalarının, eləcə də landşaft, mebel və s. elementlərin layihələndirilməsi üçün nəzərdə tutulmuşdur.
Proqramda iş zamanı «virtual bina» konsepsiyasından istifadə edilir. İşin mahiyyətinə görə ArchiCAD real binanın həqiqi ölçülərə əsasən yerinə yetirilmiş və kompüterin yaddaşında mövcud olan modelindən ibarətdir.
ArchiCAD memarlıq-dizayner layihələrinin işlənib hazırlanmasını təmin edən proqramdır. İşin istənilən mərhələsində layihələndirilən binanı üçölçülü şəkildə, kəsikdə, perspektivdə görmək olar. ArchiCADda eyni zamanda həm layihənin yaradılması üzərində işləmək, həm də müvafiq tikinti sənədlərini tərtib etmək olar, belə ki, proqramda layihələndirilən bina haqqında bütün informasiya: planlar, perspektivlər, kəsiklər, lazımi tikinti materiallarının siyahısı, həmçinin iş prosesində layihəçi tərəfindən edilən düzəlişlər qorunub saxlanılır.